“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu

21.09.2026 20:21 45
Ölkə futbolu
“Turan Tovuz” - “Fənərbaxça” yoldaşlıq görüşünün başlama saatı bəlli olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb. Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20.00-da start götürəcək.

Oyunun biletləri sabahdan satışa çıxarılacaq.