38 yaşında futboldan getdiyini açıqladı

3.10.2026 17:33 27
Dünya futbolu
Rusiyalı futbolçu Artyom Dzyuba karyerasını başa vurmaq qərarına gəlib.

"Football-plus.az" xəbər verir ki, bu barədə 38 yaşlı futbolçu özü açıqlama verib. Dzyuba son vaxtlar “Akron”da çıxış edib, o, klubdan ayrıldıqdan sonra azad agent statusunda idi.

Qeyd edək ki, Artyom karyerası ərzində “Spartak”, “Rostov”, “Zenit”, “Lokomotiv” və “Adana Dəmirspor” klublarının da formasını geyib. 2011-2025-ci illərdə Rusiya yığmasındə çıxış edən hücumçu 56 oyuna 31 qol vurub.