“Gəncə” iki yoxlama oyunu keçirəcək

3.10.2024 13:33 268
İdman
Yeni mövsümə hazırlığı davam etdirən “Gəncə” basketbol klubu yoxlama oyunları keçirəcək.

"Football-plus.az" xəbər verir ki, "sarı-göylər" Bakıda "Neftçi" və "Abşeron"la qarşılaşacaq.

"Neftçi" ilə matç oktyabrın 9-da saat 17.00-da Bakı İdman Sarayında olacaq. Bir gün sonra isə "Gəncə" eyni saatda "Abşeron"la görüşəcək. Bu oyun Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında keçiriləcək.