Zidandan 20 ildən sonra gələn Materatsi etirafı: ''Peşman deyiləm''

2.10.2026 17:00 63
Dünya futbolu
Bu gün Millətlər Liqasında Fransa ilə İtaliya üz-üzə gələcək.

"Football-plus.az" xəbər verir ki, oyunöncəsi mətbuat konfransında fransızların yeni çalışdırıcısı Zinəddin Zidana DÇ-2006-nın finalında onun italyanların müdafiəçisi Marko Materatsi ilə yaşadığı qalmaqal barədə sual veriblər. Xatırladaq ki, 20 il əvvəlki finalda Zidan Materatsiyə kəllə atmış, oyunsonrası penaltilər seriyasında isə İtaliya Fransadan üstün olmuşdu.

Maraqlıdı ki, Zizu o hərəkətinə görə peşman olmadığını bildirib:

''Həmin gündən bu yana Materatsi ilə bir kəlmə də kəsməmişəm. Həmin hərəkətimlə qürur duymuram və bunu hər zaman demişəm. Amma peşman da deyiləm. Bu hadisə karyeramın bir parçasıdı. Digər tərəfdən karyeram yalnız bu olaydan ibarət deyil. Pozitiv və müsbət məqamlar da çox olub. Mən məhz həmin anları xatırlamağa üstünlük verirəm. Bir futbolçunun karyerası yalnız pozitiv anlardan ibarət ola bilməz''.