• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Materatsi Mbappeyə üstünlük verir

Dünya futbolu

23-04-2024, 00:0

Marko Materatsi hələ də Zinəddin Zidanla arasında yaşanan məlum insidentə görə təəssüf hissi keçirir.

“Football-plus.az” xəbər verir ki, İtaliya yığmasının sabiq müdafiəçisinin DÇ-2006-nın finalında fransalı həmkarını təxribata sürüklədiyi epizod futbol tarixinə düşüb. Materatsi 2001-11-ci illərdə formasını daşıdığı “İnter”in saytına açıqlamasına məhz məşhur insidentlə bağlı fikirlərlə başlayıb. Hazırda 50 yaşında olan dünya çempionu bir sıra aktual mövzulara da toxunub.

Zidanla insident...
Bu əhvalat heç xoşuma gəlmir. Ona görə ki, həmin epizod mənim futbolçu karyeramı əks etdirmir. Zidanla insidentimiz baş verməməliydi. Berlindəki gərgin keçən final matçının gedişində, söz atışması və təhqirlər sırasında Zinəddin mənə öz futbolkasını təklif etdi. Bundan imtina edib ona bacısına üstünlük verdiyimi dedim. O, birdən dönərək mənə hamıya bəlli olan reaksiyanı verdi. O vaxtdan Zinəddini bir daha görmədim.

...Mourinyo ilə münasibətləri...
Joze Mourinyo karyeramın ən yaxşı məşqçisidi. Bu, həqiqətən də belədi. Amma onu da deyim ki, o, “İnter”ə təyinat alandan sonra ilk vaxtlar komandadakı mövqeyimlə barışa bilmirdim. Kapitan kimi vacib oyunçu olmağa alışmışdım. Amma Jozenin gəlişindən sonra bu statusumu və nüfuzumu itirməyə başladım. Bununla belə, onun mənlə ünsiyyətdə həmişə dürüst olduğunu da deməliyəm. Joze komandanın başına keçəndən sonra mənə artıq vacib oyunçu olmayacağımı dedi. Təəssüf ki, əvvəllər qarşılaşmamışdıq. Hərdən dilə gətirilən söz artıq olur, adi qucaqlaşma hər şeyi izah edir. Biz “İnter”in Çempionlar Liqasındakı zəfərindən sonra ağlayırdıq... Həmin an inanılmaz dərəcədə emosional idi. Ondan komandanı nə üçün tərk etdiyini soruşdum. Məni nə üçün tək qoyub getdiyini soruşdum. Yeni məşqçi ilə münasibətlərim ilk günlərdən alınmadı. Rafael Benites xoşuma gəlmirdi. Mourinyo ilə qələbələri davam etdirəcəyimizə əmin idim. Onunla birlikdə yenidən Çempionlar Liqasında olmasa da, başqa turnirlərdə qalib gələcəyimizi düşünürdüm. Ancaq Joze artıq “Real”a yollanmaq qərarını vermişdi...

...İnzaqinin “İnter”i...
Bunu etiraf etməliyəm: hazırkı “İnter” mənim vaxtilə çıxış etdiyim komandadan daha yaxşı oynayır. Simone İnzaqinin komandasının oyununu izləmək mənim üçün həqiqətən də xoşdu. Baş məqşçinin haqqını vermək lazımdı. İnzaqi istedadı necə boşa verməmək lazım olduğunu yaxşı anlayır. Lazımi nəticələri qazanmaq üçün ən güclü oyunçuların komandada özlərini yaxşı hiss etməsinə şərait yaratmaq lazımdı. Ümumiyyətlə, “İnter”in məşqçiləri son illər işini çox yaxşı görürlər. Nadir hallarda səhvə yol verirlər. Mxitaryandan Barellaya qədər bütün oyunçular komandaya bağlıdılar və işin məsuliyyətini yaxşı dərk edirlər. Hazırkı “İnter”in təməli məhz belə qoyulub və mənə elə gəlir ki, ideal təməldi.

...çempionluq perspektivi...
Komandanın gec-tez çempion olacağına heç vaxt şübhə etməmişəm. Onlar bunu tezliklə reallaşdıracaqlar. Çempionlar Liqasının ötən il İstanbulda keçirilən finalından sonra “İnter”in İtaliyada ən yaxşı komanda olacağına əminliyim daha da artdı. Artıq skudettoya aparan yol açıqdı. “İnter” əsl maşına çevrilib. Komanda Avropada istənilən rəqibə qarşı çəkinmədən oynayır. Oyunçular və İnzaqi uğurun açarını tapıblar və ən əsası odu ki, buna birlikdə nail olublar.

...Milan derbisi...
Azarkeş kimi məni “İnter”in mövsümü rekord xalla başa vurub-vurmayacağı o qədər də qayğılandırmır. Rekordlar yenilənmək üçün mövcuddu. Amma “İnter” skudettonu “Milan”la oyunda qazansa, bu fakt tarixə düşəcək. “İnter” buna can atmalıdı.

...və Mbappe ilə Holann haqda
Kilian Mbappe və Erlinq Holann? Onlar Messi ilə Ronaldonun yolu ilə gedirlər. Yəqin ki, bu iki oyunçudan biri gələcəkdə çox sayda “Qızıl top”u ilə fərqlənəcək. Onlardan birini seçməli olsam, Mbappeyə üstünlük verərəm. Niyə? Ona görə ki, o, artıq Fransa çempionudu, dünya çempionudu, həm də dünya çempionatının finalı kimi vacib matçda qollar vurub. Hərçənd Holann mövsüm ərzində daha çox qol vurur. O, qolları sıralamağa davam edəcək. Gələcəkdə il ərzindəki göstəricisini daha da artıracaq. Erlinq daha çox rəqib qapısına meyl edən oyunçudu. Kilian onun qədər qol vura bilməsə də, əsl komanda oyunçusudu. İstənilən halda söhbət iki fenomenal oyunçudan gedir. Məşqçi karyeramda onlar kimi möcüzəvi futbolçularla işləmək imkanımın olmasını istərdim.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-06-2022, 18:0

PSJ Zidanla danışıqlara başladı

Dünya futbolu

31-05-2022, 22:0

Zidanla bağlı ehtimal aradan qalxdı

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 103
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 88
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə