Yığmanın oyununa daha 1700 bilet satıldı – say 10 minə çatacaqmı?

1.10.2026 16:00 90
Ölkə futbolu
Ölkəmizin əsas yığması bu gün Millətlər Liqasının D qrupunda növbəti oyuna çıxacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda rəqib “cırtdan” Lixteynşteyndi.

Dünən AFFA-nın mətbuat katibi Aida Əliyevaya istinadla artıq 4 min biletin satıldığını xəbər vermişdik. Ötən müddətdə daha 1700 bilet sahibini tapıb. Oyunun hələ axşam saat 20.00-da başlayacağını nəzərə alsaq, növbəti saatlarda ən azı daha 500-1000 biletin satılması gözlənilir. Amma yenə də azarkeş sayı 10 minə çatmır.

İSRAYIL XEYRULLAYEV