Dünənə olan bilgiyə görə, artıq 31 min 47 bilet satılıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir.
Adətən, oyun günü son 500 bilet də satışa çıxır. Yenə belə ehtimal varmı? “Braqa”nın azarkeşləri üçün 100 bilet istədiyini xəbər vermişdik. Görəsən, onlar əlavə bilet istəyibmi? “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev:
“Biletin böyük hissəsi satılıb. Qalanı da hissə- hissə satışa çıxacaq. Rəqib komanda 100 bilet sifariş vermişdi. Bizdən əlavə bilet istəməyib”.
Dünən oyunöncəsi mətbuat konfranslarında iştirak üçün yollandığım stadionda ötən ilin dekabrında uçan dam örtüyü ilə də maraqlandım. Şəkildən də göründüyü kimi, dam örtüyünün bir hissəsi hələ də yararsız vəziyyətdədi.
ƏSƏD SEYİDOV





