"Kəpəz" yeni sponsor tapdı

1.10.2026 18:31 387
Ölkə futbolu
“Kəpəz” və “Gəncə Park Residence” Mənzil-Tikinti Kooperativi arasında sponsorluq müqaviləsi imzalanıb.

"Football-plus.az" xəbər verir ki, müqaviləyə əsasən, 2026/27 mövsümü ərzində “Kəpəz”in oyun formasının arxa hissəsində “Gəncə Park Residence”ə məxsus “Gəncə Park City” brendinin loqosu yer alacaq.

Əməkdaşlıq çərçivəsində tərəflər klubun ev oyunları zamanı birgə marketinq layihələri və müxtəlif tanıtım tədbirləri də həyata keçirəcəklər.