“Kəpəz”ə sponsor tapıldı

23.07.2024 21:28 523
Premyer-liqa
“IQ Sports” media və marketinq agentliyinin vasitəçiliyi ilə “Kəpəz”in ilk sponsorluq müqaviləsi imzalanıb.

“Football-plus.az” xəbər verir ki, “Aqua Life Qax” Gəncə təmsilçisinin su təchizatçısı olub. Rüstəm Allahverdiyevin rəhbərlik etdiyi şirkət “sarı-göylər” üçün bu həftə daha bir sponsorluq müqaviləsinə imza atılacağını bildirib.

Qeyd edək ki, bu, “IQ Sports”un vasitəçilik etdiyi ilk sponsorluq sözləşməsidi.