Kodi Qakponun səhhəti ilə bağlı növbəti xəbər yayılıb.
"Football-plus.az" xəbər verir ki, Niderland yığmasının hücumçusu Millətlər Liqasının Serbiya ilə oyununda (2:1) zədələnmişdi. 26 yaşlı futbolçu 17-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalmışdı.
ESPN-in məlumatına görə, Kodi beynəlxalq fasilə çərçivəsində milli komandanın Yunanıstan və Serbiya ilə keçirəcəyi növbəti oyunlarda iştirak etməyəcək. Futbolçu yaxın günlərdə bərpa prosesi üçün “Liverpul”un düşərgəsinə qayıdacaq.
Qakpo bu mövsüm “Liverpul”un heyətində 6 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Milli komanda onsuz qaldı
Dünya futbolu






