Kodi Qakpo “Liverpul”u tezliklə tərk edə bilər.
"Football-plus.az" xəbər verir ki, o, “Tottenhem”lə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. “TEAMtalk” nəşrinin məlumatına görə, 27 yaşlı niderlandlı futbolçu “Liverpul” rəhbərliyinə “Tottenhem”ə keçmək istədiyini bildirib. Qakponun qərarına gələn mövsümdə komandada yüksək rəqabətin olacağı və oyun vaxtının azalması ehtimalı təsir edib.
Kodi ilə “Tottenhem”lə yanaşı, “Leypsiq” də maraqlanır. Niderlandlı futbolçu ötən mövsüm bütün turnirlərdə 52 matçda iştirak edib, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.
“Liverpul”u tərk edə bilər
Dünya futbolu






