Milli komandada virus infeksiyası

24.03.2023 23:11 231
Dünya futbolu
Niderland yığması AÇ-2024-ün ilk seçmə oyunları ərəfəsində ciddi problemlə üzləşib.

“Football-plus.az” xəbər verir ki, milli komandada virus infeksiyası yayılıb. Bu səbəbdən 5 oyunçu yığmanın düşərgəsini tərk edib. Fransa ilə bu gün keçiriləcək səfər oyununda Sven Botman (Nyukasl), Kodi Qakpo (Liverpul), Matteys de Liqt (Bavariya), Coui Verman (PSV) və Bart Verbrügen (Anderlext) iştirak edə bilməyəcəklər. Onların yerinə komandaya Rayan Qravenberx (Bavariya), Kyell Sxerpen (Vitess) və Stefan de Vrey (İnter) dəvət alıblar.