Bundestimdən kənarda qaldı

23.09.2026 15:26 27
Dünya futbolu
Almaniya yığması qarşıdakı oyunlara “Leyptsiq”in zədələnən yarımmüdafiəçisi Brayan Qrudasız çıxacaq.

"Football-plus.az" xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatında onun bundestimin Millətlər Liqasındakı ilk 4 oyununda iştirak edə bilməyəcəyi qeyd edilir. 22 yaşlı futbolçunun qarın əzələsində dartılma aşkarlanıb. O, bundesliqanın “Bayer-04” ilə son oyununda (0:2) zədə alıb. Bu səbəbdən milli komandanın Niderland, Serbiya və Yunanıstana qarşı keçirəcəyi oyunlarda iştirak etməyəcək.

Brayan bu mövsüm “Leyptsiq”in heyətində keçirdiyi 5 matçda 1 qol vurub.