55 qol vuran bombardir yığmadan kənarda qaldı

20.09.2026 17:00 27
Dünya futbolu
Niderland yığmasının Millətlər Liqasının qrup mərhələsinin ilk 4 oyunu üçün heyəti açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, yerli federasiyanın rəsmi saytının xəbərinə görə, yeni baş məşqçi Xavi Ernandes milli komandanın ən məhsuldar futbolçusu, hazırda Braziliyanın “Korintians” klubunda çıxış edən Memfis Depaya ehtiyac duymayıb. Maraq üçün qeyd edək ki, milli formada 55 qol vuran Depay “Barselona”da Xavinin başçılığı altında oynayıb.

İspaniyalı mütəxəssis hücumçulardan Kodi Qakpo (Liverpul), Brayan Brobbi (Sanderlend), Noa Lanq (Napoli), Doniyell Malen (Roma), Kresensio Sammervill (Əl-Hilal) və Ruben van Bommelə (PSV) üstünlük verib.