Millimiz oktyabrın 1-də Millətlər Liqasının D liqasında növbəti oyununu keçirəcək. Yığmanın Tofiq Bəhramov adına Respublika stadionunda Lüksemburqu qəbul edəcəyi qarşılaşma saat 20.00-da başlayacaq. Oyunu Avstriyadan olan hakim Kristian Petru Cioçirca idarə edəcək.
“Football-plus.az”ın məlumatına görə, onun karyerası Avstriyanın aşağı liqalarında başlayıb. Qısa müddətdə əsas çempionatda şans qazanan ədalət təmsilçisi indiyə qədər burda 109 oyun idarə edib, bu matçlarda 412 sarı, 14 qırmızı vərəqə göstərib.
Cioçirca 2020-ci ildən bəri FİFA referisi statusu daşıyır. Bu müddətdə milli komandaların yoldaşlıq oyunlarında fəaliyyət göstərib. Hakim avrokuboklarda yalnız Çempionlar Liqasının liqa mərhələsində debüt etməyib. O, həmçinin U-17 və U-21 komandalarının iştirakı ilə keçirilən Avropa çempionatlarında iş başında olub. Cioçircanın xidmətinə Cənubi Kipr və Tunis çempionatlarında da ehtiyac duyulub.
Ədalət təmsilçisi karyerası ərzində ilk dəfə əsas milli komandaların rəsmi oyununda iş başında olacaq.
Ümumiyyətlə, Cioçirca indiyə qədər 377 qarşılaşmada 1422 sarı, 68 qırmızı vərəqə göstərib.
KƏNAN BAHADIR
Lixtenşteynlə oyun da təcrübəsiz hakimə tapşırıldı – TANITMA
Ölkə futbolu






