Millimiz bu gün Millətlər Liqasının D Liqasında Litvanın qonağı olacaq. Matçı Cənubi Kiprdən olan hakim Menelaus Antoniou idarə edəcək.
"Football-plus.az" xəbər verir ki, ədalət təmsilçisi 2022-ci ildən FİFA referisi statusu daşıyır. O, ölkəsinin əsas liqasında meydana çıxdığı 54 matçda futbolçuları 234 sarı, 12 qırmızı vərəqə ilə cəzalandırıb.
Antoniou karyerası ərzində 17, 19 və 21 yaşadək futbolçulardan ibarət Avropa çempionatlarının matçlarında, beynəlxalq yoldaşlıq oyunlarında, Konfrans və Gənclər Liqasında iş başında olub. "Fit sahibi"nin xidmətinə Xorvatiya və Danimarkanın yüksək, Portuqaliyanın 2-ci liqasında da ehtiyac duyulub.
"Qarapaltarlı" ilk dəfə Azərbaycanın milli komandalarından birinin matçını idarə edəcək. Referi hələ klublarımızın matçlarında da ədaləti təmsil etməyib.
Antoniou karyerası ərzində idarə etdiyi 118 qarşılaşmada 470 sarı, 15 qırmızı vərəqə ilə oyunçuları məyus edib.
Xatırladaq ki, Litva - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17.00-da start götürəcək.
KƏNAN BAHADIR
Antonionun Azərbaycanla ilk tanışlığı düşərli olacaqmı? - TANITMA
Ölkə futbolu / Manşet






