“Sabah”ın rəsmiləri Avropaya yollandı - UEFA onları hara dəvət edib?

30.09.2026 12:23 63
Ölkə futbolu
Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparan “Sabah”ın milli komandaların oyunları ilə bağlı yaranan fasilədə düşərgədə qalan oyunçularına 5 günlük istirahət verdiyini açıqlamışdıq. Klubun mətbuat katibi də xaricə səfər edib.

Bəs bu səfər şəxsi, yoxsa işgüzar xarakter daşıyır? O, hansı ölkəyə yollanıb?

“Football-plus.az” dünən bu suallara “Sabah”ın mətbuat katibi Elnur Həmidovdan cavab aldı:

“Sentyabrın 28-də İspaniyanın Madrid şəhərinə yollanmışam. UEFA-nın Çempionlar Liqasında iştirak edən klublar üçün təşkil etdiyi Kontent Forumunda iştirak edirəm. Bu forum Çempionlar Liqasının liqa mərhələsində iştirak edən klubların mətbuat xidmətləri və sosial şəbəkələr üzrə mütəxəssisləri üçün təşkil olunur. Bura klubun kontent meneceri Toğrul Hacıyevlə birgə gəlmişəm. Tədbir bu gün yekunlaşacaq”.

İSRAYIL XEYRULLAYEV