“Bayquşlar” artıq iştirak ərizəsini UEFA-ya təqdim edib. 26 futbolçudan ibarət siyahıda Xəyal Əliyevlə Du Keyrosun adı yoxdu. Bir müddət əvvəl baş məşqçi Valdas Dambrauskas azərbaycanlı futbolçunun bərpa prosesi keçdiyini, yaxın müddətdə komandanın düşərgəsinə qoşulacağını söyləmişdi. Bu səbəbdən həm onun, həm də Du Keyrosun adının siyahıda olmaması maraq doğurur.
“Football-plus.az” olaraq, hər iki futbolçu ilə bağlı məlumat almaq üçün klubun mətbuat katibi Elnur Həmidova müraciət etdik:
“Xəyal Əliyev hazırda fərdi qaydada məşq edir. Komandanın düşərgəsinə nə zaman qoşulacağı bəlli deyil. Du Keyrosun transferi rəsmiləşdiyi zaman biz artıq UEFA-ya iştirak ərizəsini təqdim etmişdik. Bu səbəbdən bu iki futbolçu “26-lıq”da yer almayıb. Yekun siyahı bu gün göndəriləcək”.
İSRAYIL XEYRULLAYEV





