İngiltərədə ilin ən yaxşı futbolçusu müəyyənləşib. Bu nominasiyada “Real”ın yarımmüdafiəçisi Cud Bellinqem qalib gəlib.
"Football-plus.az" xəbər verir ki, İngiltərə Futbol Assosiasiyasının məlumatına görə, 23 yaşlı futbolçu bu mükafata ardıcıl ikinci dəfə layiq görülüb.
Qeyd edək ki, Bellinqem bu il keçirilən dünya çempionatında İngiltərə yığmasının əsas fiqurlarından biri olub. O, milli komandanın 3-cü yerdə başa vurduğu turnirdə 7 qol vurub.
Cud bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 7 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bellingem ardıcıl ikinci dəfə...
Dünya futbolu






