Çempionlar Liqasının (ÇL) yenicə başa çatan 2023/24 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, bu nominasiyada qalib komandanın oyunçusu 1-ci yeri tutub.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. “Real”ın yarımmüdafiəçisi Vinisius Junior mövsümün ən yaxşı oyunçusu seçilib. Braziliyalı futbolçu mövsüm ərzində turnirdə 10 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə verib. O, “Real”ın finalda Dortmund “Borussiya”sına 2:0 hesabıyla qalib gəldiyi oyunda bir qol vurub.
Vinisius “Real”a 2018-ci ilin iyulunda 45 milyon avroya “Flamenqo”dan keçib. Braziliyalı futbolçu son mövsümdə bütün turnirlərdə 39 oyuna çıxıb, 24 qol vurub və 11 məhsuldar ötürmə verib. Yeri gəlmişkən, “transfermarkt” portalına görə onun bazar dəyəri 150 milyon avrodu.
Mövsümün ən yaxşı gənc oyunçusu da qalib komandanın üzvüdü. “Real”ın yarımmüdafiəçisi Cud Bellingem bütün həmkarlarını arxada qoyub. 20 yaşlı ingilis futbolçu ÇL-də son mövsüm meydana çıxdığı 11 matçda 4 qolun və 5 məhsuldar ötürmənin müəllifi olub. Maraqlıdı ki, Cud bir il əvvəl İspaniya klubuna məhz “Borusiya”dan transfer olunub.
ÇL-də mövsümün rəmzi komandası da müəyyənləşib. Ən yaxşıların “11-liy”inə finalda qarşılaşan “Real” və “Borussiya”nın hərəyə 4 futbolçusu layiq bilinib. Rəmzi komandada PSJ, “Bavariya” və “Mançester Siti”dən hərəyə bir oyunçu da düşə bilib: qapıçı - Qreqor Kobel (Borussiya D); müdafiəçilər - Marsel Zabitser, Yan Maatsen, Mats Hummels (hamısı “Borussiya” D), Daniel Karvaxal, Antonio Rüdiger (hər ikisi “Real”); yarımmüdafiəçilər - Vinisius Junior, Cud Bellingem (hər ikisi “Real”), Vitinya (PSJ), Filip Foden (Mançester Siti); hücumçu - Harri Keyn (Bavariya).