Dünya çempionu qərarını açıqladı

30.09.2026 12:54 36
Dünya futbolu
Olivye Jiru çoxdan gözlənilən qərarı verib.

"Football-plus.az" xəbər verir ki, Fransa yığmasının sabiq hücumçusu cari mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb: “Futbolçu kimi son mövsümümdü. Buna görə də hər anın dadını çıxarıram”.

Hazırda “Lill”də çıxış edən futbolçu sentyabrın 30-da 40 yaşını tamamlayacaq.

Qeyd edək ki, Jiru “Lill”dən əvvəl “Los Anceles”, “Milan”, “Çelsi” və “Arsenal”da çıxış edib. O, 2018-ci ildə Fransa yığması ilə dünya çempionu olub.