Dünya çempionu xəbəri təsdiqlədi

4.07.2025 22:23 23
Dünya futbolu
Bir neçə gün əvvəl “Los Anceles”dən ayrılan Olivye Jiru özünı yeni klub tapıb.

"Football-plus.az" xəbər verir ki, ABŞ klubu 38 yaşlı fransalı hücumçu ilə müqaviləni ləğv edib. Jirunun yaxında “Lill”ə keçəcəyi ilə bağlı xəbər doğru çıxıb. Bu xəbəri Fransa yığması ilə DÇ-2018-in qalibi olan Olivye özü təsdiqləyib.

Dünya çempionu “Los Anceles”də keçirdiyi 37 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.