Dünya çempionu qəti qərara gəldi

17.07.2024 23:54 312
Dünya futbolu
Olivye Jiru Fransa millisindəki karyerasını başa vurub.

Bu barədə “Los Anceles Qalaksi”nin 37 yaşlı hücumçusu özünün sosial şəbəkə hesabında yazıb. Jiru Fransa yığmasında 2011-ci ilin noyabrında ABŞ ilə oyunda (1:1) debüt edib. Milli formada 13 il ərzində 137 oyuna çıxıb, 57 qol vurub və 15 qolun ötürməsini verib. Onun yığmadakı sonuncu matçı İspaniya ilə AÇ-2024-ün yarımfinal oyunu olub (1:2).