Dünya çempionu Avropaya qayıdır?

13.07.2025 12:10 19
Dünya futbolu
Olivye Jiru “Los Anceles”dən rəsmən ayrılıb.

"Football-plus.az" xəbər verir ki, ABŞ klubu 38 yaşlı fransalı hücumçu ilə müqaviləni ləğv edib. Jirunun yaxında “Lill”ə keçəcəyinə dair xəbərlər yayılıb.

Dünya çempionu “Los Anceles”də 37 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.