Ulduz futbolçu Kilian Mbappedən sonra qardaşı Etanın da yeni klubu müəyyənləşib.
Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, qardaşı kimi PSJ-dən ayrılan gənc futbolçu “Lill”ə keçəcək. Transfer rəsmi şəkildə o, tibbi müayinədən problemsiz keçəndən sonra yekunlaşacaq.
Bilindiyi kimi, Kilian da bu yay PSJ-dən ayrılıb və “Real”a keçib. Xatırladaq ki, 17 yaşlı Etan ötən mövsüm Paris klubunun əsas komandası ilə bütün turnirlərdə 5 oyunda meydana çıxıb.