Yığmamızın Millətlər Liqasının D qrupunda Lixtenşteynlə keçirəcəyi oyununun təyinatları açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, matçı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Kristian Petru Cioçirca olacaq. Ona yan xətlərdə Maksimilian Veyss və Mixael Obritzberger köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Safak Barmaksız yerinə yetirəcək. VAR-da Manuel Şuettengruber əyləşəcək, VAR hakiminin köməkçisi Aleksander Harkam olacaq.
Xatırladaq ki, Azərbaycan - Lixtenşteyn qarşılaşması oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20.00-da start götürəcək.
Avstriyalı hakimlər millimiz üçün Bakıya gələcək
Ölkə futbolu






