"Həkken" - "Qarabağ" oyununu avstriyalı hakim idarə edəcək

3.10.2023 12:16 246
Avropa Liqası
İsveçdə yerli "Həkken" və "Qarabağ" arasında reallaşacaq Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyununun təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Sebastian Qishamerə Roland Ridl və Santino Şreyner laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Stefan Ebner yerinə yetirəcək.

VAR-da Aleksandr Harkam, AVAR-da isə Kristian Petru Cioçirca olacaq.

Qeyd edək ki, oktyabrın 5-də Göteborqda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.