Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadası bazar günü başa çatdı.
Təəssüf ki, ölkəmizin kişilərdən və qadınlardan ibarət şahmat yığmaları medalçılar sırasına düşə bilmədi. Bu məqama sonda bir daha toxunacağıq. Əvvəlcə son üç turun nəticələri haqda danışaq.
Cümə günü 9-cu turun oyunları keçirildi. Kişilərdən ibarət yığma reytinqdə qabaqladığı Ermənistana uduzmaqla faktiki medal qazanmaq şansını itirdi. Qadınlardan ibarət yığma isə Çexiya üzərində inamlı qələbə qazandı.
Azərbaycan – Ermənistan 1,5:2,5
Şəhriyar Məmmədyarov (2720) – Hayk Martirosyan (2664) 0,5:0,5
Aydın Süleymanlı (2664) – Robert Hovannisyan (2642) 0,5:0,5
Məhəmməd Muradlı (2653) – Şant Sarkisyan (2630) 0,5:0,5
Rauf Məmmədov (2631) – Qabriel Sarkisyan (2610) 0:1
Çexiya – Azərbaycan 0:4
Nataşa Rixterova (2194) - Ülviyyə Fətəliyeva (2402) 0:1
Anna Lotska (2149) – Gövhər Beydullayeva (2392) 0:1
Lüsiya Rıbakova (2088) – Günay Məmmədzadə (2351) 0:1
Tereza Rodşteyn (2125) - Xanım Balacayeva (2356) 0:1
Şənbə günü 10-cu turun oyunları keçirildi. Bu dəfə də yığmalar fərqli nəticə göstərdi. Kişilər Bolqarıstanı məğlub etməklə medal qazanmaqla bağlı cüzi şansını qorudu. Qadınlar isə Sloveniyaya uduzdu.
Azərbaycan – Bolqarıstan 2,5:1,5
Şəhriyar Məmmədyarov (2720) – Arkadi Naydiç (2574) 0,5:0,5
Aydın Süleymanlı (2664) – Martin Petrov (2528) 0,5:0,5
Məhəmməd Muradlı (2653) – Kiril Georgiyev (2520) 1:0
Eltac Səfərli (2616) – Radoslav Dimitrov (2475) 0,5:0,5
Azərbaycan – Sloveniya 0,5:3,5
Ülviyyə Fətəliyeva (2402) – Laura Unuk (2301) 0:1
Gövhər Beydullayeva (2392) – Zara Ulh (2208 )0:1
Günay Məmmədzadə (2351) – Anya Beber (2272) 0,5:0,5
Gülnar Məmmədova (2311) – Vesna Miheliç (2152) 0:1
Bazar günü keçirilən son tur ərəfəsində kişilərdən ibarət yığma hələ də bürünc medal şansını qoruyurdu. Amma bunun üçün bizimkilərin Serbiya üzərində qələbə qazanması ilə yanaşı, Ukraynanın Özbəkistanı, Almaniyanın isə Niderlandı məğlub etməməsi lazım idi. Amma Almaniya Niderlandı məğlub etdi, belədə Azərbaycanın Serbiya üzərindəki qələbəsi də işə yaramadı. Qadınlardan ibarət yığma da turniri İran üzərində qələbə ilə bitirdi.
Serbiya – Azərbaycan 1,5:2,5
Aleksey Sarana (2666) - Şəhriyar Məmmədyarov (2720) 0,5:0,5
Aleksandar İncik (2598) – Aydın Süleymanlı (2664) 0,5:0,5
Aleksandr Predke (2598) – Məhəmməd Muradlı (2653) 0:1
Boyan Maksimoviç (2534) - Eltac Səfərli (2616) 0,5:0,5
Yekun xal durumu: Özbəkistan – 20, Hindistan, Almaniya – 18, ABŞ, Azərbaycan, Ermənistan, Macarıstan – 17...
İran – Azərbaycan 1:3
Mobina Əlinəsəb (2317) - Ülviyyə Fətəliyeva (2402) 0:1
Melika Məhəmmədi (2342) - Gövhər Beydullayeva (2392) 0:1
Mitra Əsgərzadə (2118) - Günay Məmmədzadə (2351) 0,5:0,5
Pərvə Nazif Behzad (2098) - Xanım Balacayeva (2356) 0,5:0,5
Yekun xal durumu: Çin – 20, Qazaxıstan – 18, Hindistan, ABŞ, Polşa, Ermənistan, Monqolustan – 17, Gürcüstan,Vyetnam, Sloveniya, Türkiyə - 16, Fransa, Özbəkistan, Bolqarıstan, İngiltərə, Azərbaycan – 15...
Beləliklə, kişilərdən ibarət yığma 17 xalla 4-7-ci yerləri bölüşüb, əlavə göstəricilərə əsasən 5-ci olub. Kişi komandası Olimpiadanı 2-c dəfə ilk “5-lik”də tamamladı. Azərbaycan şahmatçıları ilk dəfə belə nəticəyə 2014-cü ildə Tromsedə keçirilən Olimpiadada nail olub.
Qadınlardan ibarət komandası reytinqinə görə turnirin yeddincisi olsa da, 16-cı yeri tutdu ki, bu da uğur yox, uğursuzluqdu. Bəzi məğlubiyyətlərlə, ümumiyyətlə, izah tapmaq çətindi.
Ayrı-ayrı şahmatçıların nəticəsinə gəlincə, kişilərdən ibarət komandanın heyətində Aydın Süleymanlı və Məhəmməd Muradlı əvəzlənmədən oynayıb və milli üçün ən çox xal toplayıb. Bu iki şahmatçı, eləcə də Eltac Səfərli bir dəfə də məğlubiyyət üzü görməyib. Toplanan xallara görə ən yaxşı nəticəni Məhəmməd Muradlı göstərib. O, mümkün 11 xaldan 8-ni toplayıb. Məhəmməd 5 qələbə qazanıb, 6 dəfə heç-heçə edib. Bunun sayəsində o, reytinqinə 8,8 xal əlavə edib. Hazırda onun reytinqi 2653-dü. Aydın Süleymanlının hesabında 11 mümkün xaldan 7,5 xal var. O, 4 qələbə qazanıb, 7 görüşdə heç-heçə edib, nəticədə reytinqinə 4,2 xal əlavə edib. Yığmanın lideri Şəhriyar Məmmədyarov 10 partiya keçirib, 5,5 xal toplayıb. Şah iki partiyada qələbə qazanıb, bir dəfə məğlub olub, qalan görüşləri heç-heçə ilə başa vurub. Nəticədə Olimpiadanın yekunlarına görə reytinqdə 9,7 xal itirib. Rauf Məmmədov 7 partiya keçirib, 4,5 xal toplayıb. O, üç qələbə qazanıb, üç heç-heçə edib və bir dəfə məğlub olub. Bunun nəticəsində Məmmədov reytinqinə 0,9 xal əlavə edib.
Nəhayət, Eltac Səfərli 5 partiyada üç xal toplayıb. O, bir qələbə qazanıb, qalan görüşləri heç-heçə ilə başa vurub. Səfərli turnirin yekunlarına görə reytinqdə 5,8 xal itirib.
Qadın yığmasında isə şahmatçıların, demək olar, hamısı reytinq itkisi ilə üzləşib. Ən yaxşı nəticəni Gövhər Beydullayeva göstərib. O, 10 partiyada 6,5 xal toplayıb və reytinqdə 0,1 xal itirib. Günay Məmmədzadə 9 mümkün xaldan 6-nı toplayıb və reytinqdə 3,1 xal itirib. Xanım Balacayeva və Gülnar Məmmədova 8 mümkün xaldan 5,5-ni toplayıb. Birinci reytinqə 0,7 xal əlavə edib, ikinci isə 1,9 xal itirib. Azərbaycanın qadın millisinin lideri Ülviyyə Fətəliyeva 9 mümkün xaldan 5-ni toplayıb və reytinqdə 7,1 xal itirib.
Nə kişilər medal qazana bildi, nə də qadınlar
İdman




