Azərbaycan şahmatının iflası: kişilərdən ibarət yığma da ermənilərə uduzdu

25.09.2026 23:33 108
İdman
Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası sona yaxınlaşır.

Bu gün turnirdə 9-cu tur arxada qalıb. Ölkəmizin kişilərdən ibarət yığması prinsipial oyunda Ermənistana uduzub – 1,5:2,5. Halbuku qələbə təqdirində xalını 15-ə çatdıracaq yığma hətta son iki tur üçün qızıl medal şansını da qoruyacaqdı.

Beləliklə, qadınlardan ibarət yığmanın ardından kişilər də ermənilərə uduzdu. Başqa bir maraqlı məqam odu ki, Azərbaycanın kişi yığması əmsalına görə Ermənistan daha üstün idi.

9-cu turda Çexiyanı 4:0 hesabıyla məğlub edən qadınlardan ibarət yığma 13 xalla 14-cü pillədə qərarlaşıb. Bu komandamız da medal şansını itirib.