Kişi və qadınlardan ibarət millimiz qələbə qazandı

3.08.2022 19:33 410
İdman
Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlər baş tutub.

"Football-plus.az" xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi 6-cı turda Slovakiya seçməsi ilə qarşılaşıb və qələbə qazanıb - 3:1.

Qazaxıstan seçməsi ilə üz-üzə gələn qadınlardan ibarət yığmamız isə rəqibini 3:1 hesabı ilə məğlub edib.

Şahmat Olimpiadası

6-cı tur

Kişilər

Slovakiya – Azərbaycan - 1:3

Viktor Qazik – Şəhriyar Məmmədyarov - 0:1

Yuray Druşka – Qədir Hüseynov - 0:1

Xristofer Repka – Vasif Durarbəyli - 1:0

Lyubomir Ftaçnik – Nicat Abbasov - 0:1

Qadınlar

Azərbaycan – Qazaxıstan - 3:1

Günay Məmmədzadə – Jansaya Əbdumalik - 0,5:0,5

Gövhər Beydullayeva – Bibisara Assaubayeva - 0,5:0,5

Gülnar Məmmədova – Kseniya Balabayeva - 1:0

Ülviyyə Fətəliyeva – Qulisxan Naxbayeva - 1:0

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.