Şahmat millimiz Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə start verdi

29.07.2022 20:16 439
İdman
Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət milli komandaları bu gün Hindistanın Çennay şəhərində start götürən Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə start veriblər.

"Football-plus.az" xəbər verir ki, kişilərdən ibarət yığma komanda ilk görüşündə Əlcəzair seçməsi ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.

Azərbaycan – Əlcəzair 4:0

Rauf Məmmədov – Əli Nəssr 1:0

Qədir Hüseynov – Lamin Brahami 1:0

Vasif Durarbəyli – Massinas Cabri 1:0

Nicat Abbasov – Kalil Benqerabi 1:0

Qadınlardan ibarət Azərbaycan millisi isə ilk görüşündə BƏƏ təmsilçilərinə 4:0 hesabı ilə qalib gəlib.

Azərbaycan – BƏƏ 4:0

Xanım Balacayeva – Moza Əl-Mənsuri 1:0

Gövhər Beydullayeva – Vafiya Əl-Maamari 1:0

Gülnar Məmmədova – Aişə Əl-Maini 1:0

Ülviyyə Fətəliyeva – Essa Ruda 1:0