Dünən Millətlər Liqasının ilk turu çərçivəsində daha 8 oyunun keçirildiyini xəbər vermişdik.
Monteneqro yığması da meydana çıxanlar arasında olub. Bu komanda evdə Cənubi Kipri 2:1 hesabıyla məğlub edib.
“Football-plus.az” xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç oyuna start heyətində başlayıb və 89-cu dəqiqədə əvəzlənib. 60-cı dəqiqədə isə yenə də “Qarabağ”dan tanıdığımız bir başqa Marko – hazırda “Lokomotiva”nın şərəfini qoruyan Veşoviç meydana çıxıb.
Beləliklə, müəyyən fasilədən sonra “Qarabağ”ən Markoları yenidən eyni anda meydanda olub.
“Qarabağ”ın Markoları yenidən birləşdi
Ölkə futbolu






