"Qarabağ"ın futbolçuları Marko Yankoviç, Marko Veşoviç və “Neftçi”nin oyunçusu Ervin Kuçun çıxış etdiyi Monteneqro millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirib.
"Football-plus.az" əbər verir ki, Robert Prosineçkinin baş məşqçi olduğu komanda səfərdə Çexiya ilə qarşılaşıb. Matç çexlərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Yankoviç, Veşoviç və Kuç meydana start heyətində çıxıb. Yankoviç sona qədər oynayıb. Kuç 62-ci, Veşoviç isə 84-cü dəqiqədə Marko Vukçeviçlə əvəzlənib. “Qarabağ”ın müdafiəçisi 45+2-ci dəqiqədə sarı vərəqə alıb.
Seçmə mərhələdə ilk məğlubiyyətini yaşayan Monteneqro 3 oyundan sonra 6 xalla qrupda ikinci pillədədi. Komanda növbəti oyununu sentyabrın 5-də öz meydanında Çexiyaya qarşı keçirəcək.