DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.
"Football-plus.az" xəbər verir ki, L qrupunda yer alan Monteneqro millisi Xorvatiyanı qəbul edib.
“Qarabağ”dan Monteneqro yığmasına dəvət alan Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan yarımmüdafiəçi görüşü əvəzolunmadan keçirib. Meydan sahibləri 2:0 önə çıxsa da, sonradan qələbəni əldən verib - 2:3.
"Qarabağ"ın daha bir sabiq oyunçusu Marko Veşoviç də start heyətində yer alıb, 78-ci dəqiqədə - hesab 2:2 olarkən əvəzlənib.
8 oyuna 9 xal toplayan Monteneqro qrupu dördüncü pillədə başa vurub.