Eriksen işini niyə itirib?

28.09.2026 12:57 36
Dünya futbolu
Kristian Eriksen işsizə çevrilib. Danimarkalı yarımmüdafiəçi “Volfsburq”la müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.

Bu barədə Almaniya klubunun idman direktoru Diter Hekkinq məlumat verib. O, qərarın Eriksenin istəyinə əsasən qəbul edildiyini deyib:

“Kristianın gələcəyi ilə bağlı qərarın özündən asılı olduğu aydın idi. Ona seçim azadlığı vermək istəyirdik və müqaviləyə xitam verilməsi ilə bağlı xahişini qəbul etdik. O, qısa müddətdə komanda yoldaşlarının, klub əməkdaşlarının və azarkeşlərin yaddaşında iz buraxdı. Kristiana və ailəsinə xoşbəxtlik arzulayırıq”.

Eriksen “Volfsburq”a 2025-ci ilin yayında “Mançester Yunayted”dən gəlmişdi. O, bundesliqada keçirdiyi 31 oyunda 3 qol vurub. Onu da qeyd edək ki, Kristian bu yay Danimarka və Ukrayna yığmaları arasında keçirilən yoxlama oyununda huşunu itirmiş və matç yarımçıq dayandırılmışdı.