Eriksen rəsmən "Mançester Yunayted"də

15.07.2022 18:51 425
Dünya futbolu
Danimarka millisinin üzvü Kristian Eriksenin "Mançester Yunayted"ə keçidi rəsmiləşib.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi keçib.

Qeyd edək ki, Eriksen bu ilin yanvar ayından "Brentford"da oynayırdı.