Eriksen ilə Heylunnun son durumu məlum oldu

16.11.2023 21:54 167
Dünya futbolu
Kristian Eriksenin yaşıl meydana qayıdacağı tarix məlum olub.

“Football-plus.az” xəbər verir ki, “Mançester Yunayted”in təcrübəli futbolçusu bir ay oynamayacaq. Danimarkalı yarımmüdafiəçi “Luton”la çempionat matçında (1:0) zədələnmişdi. Qeyd edək ki, “qırmızı şeytanlar”ın digər oyunçusu Rasmus Heylunn da həmin oyunda zədə almışdı. Onun noyabrın sonuna qədər meydana çıxa bilməyəcəyi açıqlanıb.

Hər iki danimarkalı oyunçu milli komandaya qarşıdakı matçlarda kömək edə bilməyəcək.