Kristian Eriksenin məsələsinə böyük ölçüdə aydınlıq gəlib.
Danimarkalı futbolçu yanvarda “Brentford”la 6 aylıq müqavilə bağlamışdı. Bu komandada qənaətbəxş çıxış edən 30 yaşlı yarımmüdafiəçi sabiq komandası “Tottenhem” də daxil olmaqla İngiltərə premyer-liqasının bir sıra klublarının maraq dairəsində idi. Lakin “The Sun” qəzeti Kristianın “Brentford”da qalmağa üstünlük verdiyini yazıb. Bu mənbəyə görə, Eriksen ilin sonunda keçiriləcək dünya çempionatında oynamağa can atır. O, hazırkı komandasında daim əsas heyətdə çıxış etməklə milli komanda ilə mundiala yollana biləcəyini düşünür.