Milli komandadan istefa verdi

28.09.2026 22:30 144
Dünya futbolu
Villi Sanyol artıq Gürcüstan yığmasını çalışdırmır. O, milli komandanın baş məşqçi vəzifəsindən istefa verib.

"Football-plus.az" xəbər verir ki, fransalı mütəxəssis yığmanı 2021-ci ildən çalışdırırdı. Komanda onun rəhbərliyi altında tarixində ilk dəfə AÇ-2024-ə vəsiqə qazanmış və turnirin pley-off mərhələsinə çıxmışdı.

Arıq milli komandaya yeni baş məşqçi təyin olunub. Ramaz Svanadze 2028-ci ilin sonuna qədər Gürcüstan yığmasına rəhbərlik edəcək. O, bundan əvvəl ölkənin U-21 komandasında çalışıb və yığmanı iki dəfə Avropa çempionatının final mərhələsinə çıxarıb.

Qeyd edək ki, Gürcüstan Millətlər Liqasında sentyabrın 25-də Şimali İrlandiyaya evdə 0:1 hesabı ilə uduzub.