Erve Renar artıq Səudiyyə Ərəbistanı millisini çalışdırmır.
“Football-plus.az” xəbər verir ki, o, baş məşqçi vəzifəsindən istefa verib.
Renar komandanı 2019-cu ilin iyulundan çalışdırırdı. Səudiyyə Ərəbistanı onun rəhbərliyi altında DÇ-2022-nin qrup mərhələsinə gələcək çempion Argentina üzərində qələbə (2:1) ilə başlasa da, Polşa (0:2) və Meksikaya (1:2) uduzaraq 1/8 finala vəsiqə qazana bilməmişdi. Boliviya ilə çərşənbə axşamı baş tutan yoldaşlıq matçı (1:2) fransız mütəxəssisin ərəblərlə son sınağı olub.
Fransa mənbələri 54 yaşlı Renarın ölkəsinin qadınlardan ibarət yığmasına baş məşqçi təyin olunacağını xəbər verir.