Yaroslav Şilqavı bir qədər gözlənilməz qərar verib.
“Football-plus.az” xəbər verir ki, o, Çexiya yığması ilə AÇ-2024-ə vəsiqə qazanmasından sonra baş məşqçi vəzifəsindən istefa verib. Milli komanda seçmə mərhələnin son oyununda Moldovanı 3:0 hesabı ilə məğlub edib. Nəticədə 15 xal toplayan Çexiya E qrupunda 2-ci yeri tutaraq AÇ-2024-ün final mərhələsində iştirak hüququ qazanıb. Şilqavı milli komandanı 2018-ci ildən çalışdırırdı.