Gürcüstan Avropa çempionatının final mərhələsində

26.03.2024 23:56 201
AÇ-2024-ün pley-off mərhələsinə yekun vurulur.

“Football-plus.az” xəbər verir ki, Almaniyada keçiriləcək turnirin son iştirakçıları müəyyənləşir. Bu gün F qrupunun son komandası bəlli olub. Gürcüstan millisi Yunanıstanı qəbul edib. Əsas və əlavə vaxtı 0:0 bitən matçda gürcülər penaltilər seriyasında qələbə qazanıb - 4:2.

Qeyd edək ki, Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatında mübarizə aparacaq.