Meksikadan İspaniyaya qayıtdı

28.09.2026 10:31 72
Dünya futbolu
“Valensiya”da baş məşqçi probleminə son qoyulub. Komandaya Xavyer Agirre təyinat alıb.

İspaniya klubunun rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə Oskar Sançesi baş məşqçi vəzifəsindən azad etmişdi. La Liqada bu mövsüm arxada qalan 7 turda 4 xal toplayan komanda hazırda 19-cu yeri turtur. “Yarasalar”ı çətin durumdan Agirre çıxarmağa çalışacaq.

Klubun mətbuat xidmətinin məlumatına görə, 67 yaşlı meksikalı mütəxəssislə müddəti 2027-ci ilin yayına qədər razılaşdırılan müqavilə imzalanıb.

Qeyd edək ki, Agirrenin sonuncu iş yeri Meksika yığması olub. O, milli komandanı dünya çempionatında 1/8 finala çıxarıb. Meydan sahibləri bu mərhələdə İngiltərəyə 2:3 hesabıyla uduzandan sonra təcrübəli mütəxəssis postunu tərk edib.

Agirrenin İspaniyada daha əvvəl “Osasuna”, “Atletiko”, “Saraqosa”, “Espanyol”, “Leqanes” və “Malyorka”nı çalışdırdığını da xatırladaq.