Bu günlərdə Luis Qarsiya Plasa ilə yolları ayıran “Malyorka” rəhbərliyi ona xələf tapıb. İspaniya klubu baş məşqçini uğursuz nəticələrə görə istefaya göndərmişdi.
La Liqada keçirdiyi son 6 oyunun hamısında uduzan komanda hazırda 20 iştirakçı arasında 18-ci yeri tutur. “Malyorka”nı 2020-ci ilin avqustundan çalışdıran Plasanın yerini Xavyer Agirre tutub. 63 yaşlı məşhur meksikalı mütəxəssisin sonuncu iş yeri ölkəsinin “Monterrey” klubu olub. O, İspaniyada daha əvvəl “Osasuna”, “Atletiko”, “Saraqosa” və “Espanyol”u çalışdırıb.
Agirre İspaniyaya qayıtdı
Dünya futbolu



