Məşhur mütəxəssis İspaniyaya qayıtdı

26.03.2022 11:20 542
Dünya futbolu
Bu günlərdə Luis Qarsiya Plasa ilə yolları ayıran “Malyorka” rəhbərliyi ona xələf tapıb.

İspaniya klubu baş məşqçini uğursuz nəticələrə görə istefaya göndərmişdi. La Liqada keçirdiyi son 6 oyunun hamısında uduzan komanda hazırda 20 iştirakçı arasında 18-ci yeri tutur.

“Malyorka”nı 2020-ci ilin avqustundan çalışdıran Plasanın yerini Xavyer Agirre tutub. 63 yaşlı məşhur meksikalı mütəxəssisin sonuncu iş yeri ölkəsinin “Monterrey” klubu olub. O, İspaniyada daha əvvəl “Osasuna”, “Atletiko”, “Saraqosa” və “Espanyol”u çalışdırıb.