Səmərqənddə keçirilən Ümumdünya Şahmat Olimpiadasına bu gün yekun vuruldu.
Sonuncu – 11-ci turda Ukraynanı 2,5:1,5 hesabı ilə məğlub edən Özbəkistan yığması xalını 20-yə çatdırmaqla tarixində 2-ci dəfə Olimpiadanın qalbii oldu. Hərəyə 18 xal toplayan Hindistan 2-ci, Almaniya 3-cü oldu. Yığmamız son turda Serbiyanı məğlub etsə (2,5:1,5) də yalnız 5-ci ola bildi. Yəni reytinqinə görə turnirin 7-ci komandası olan yığmamız qəhrəmanlıq edə bilmədi.
Qadınlardan ibarət yığma isə İranı son turda məğlub etdi (3:1) və turniri 16-cı yerdə bitirdi.
Şahmat Olimpiadası: Özbəkistan çempion oldu, Azərbaycan isə...
İdman






