Yığmamıza heç nə mane ola bilməz!

27.09.2026 16:00 45
Ölkə futbolu
Millətlər Liqasının D liqasında çıxış edən yığmamız bu gün Litva millisi ilə qarşılaşacaq. Görüş Litvanın Kaunas şəhərində yerləşən Darius və Girenas stadionunda keçiriləcək.

Bəs stadionun ot örtüyünün durumu necədi? Şəhərdə hava şəraiti komandamıza çətinlik yarada bilər? Milli komanda daxilində pisixoloji durum necədi?

“Football-plus.az” həmkarımız Araz Əhmədovdan bu suallara cavab tapdı:

“Stadionun vəziyyəti idealdı. Ot örtüyünün durumu mükəmməldi. Ötən gün komandamız oyundan öncə burda son məşqinə çıxdı. İki gün yağış yağdıqdan sonra hazırda 15-16 dərəcə və gözəl, aydın hava var. Komandamızın əhvalı çox yaxşıdı. Düşünürəm ki, millimiz ən azı 1 xala köklənib. Dünən baş məşqçi Ayxan Abbasovun mətbuat konfransından və futbolçuların verdiyi müsahibələrdən hiss olunur ki, yaxşı pisixoloji duruma malikdilər”.

İSRAYIL XEYRULLAYEV