Ayxan Abbasov Belarusa qarşı

4.06.2025 11:23 19
Ölkə futbolu
21 yaşadək futbolçulardan ibarət millimiz bu gün yoxlama oyunu keçirəcək.

"Football-plus az" xəbər verir ki, Belarusda təlim-məşq toplanışında olan Ayxan Abbasovun komandası bu ölkədən olan həmyaşıdları ilə üz-üzə gələcək.

Baranoviçi şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.

Qeyd edək ki, U-21 iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro ilə yoldaşlıq görüşü keçirəcək.

Xatırladaq ki, U-21 millimiz Ayxan Abbasovun baş məşqçi təyinatından sonra keçirdiyi 2 matçda uduzmayıb. Komanda mart ayındakı toplanış çərçivəsində Moldova yığmasına qalib gəlib (2:0), Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə bərabərə qalib (0:0).