Atasının yolu ilə gedəcək

13.10.2024 13:26 290
Dünya futbolu
“Yuventus”un sabiq kapitanı Alessandro Del Pyeronun qızı da atası kimi bu klubda oynayacaq.

Dorotea klubun gənclərdən ibarət komandasında çıxış edəcək. “Tuttomercato”nun yaydığı məlumata görə, 15 yaşlı futbolçu Turin klubunin qızlardan ibarət U-17 komandasının formasını geyəcək. Dorotea 2009-cu ildə ABŞ-də doğulub. O, Los Ancelesdə böyüyüb və bu şəhərdə Amerika futbolu ilə məşğul olub.

Xatırladaq ki, “Yuventus”da 1993-2012-ci illərdə çıxış edən Del Pyero klub tarixinin ən yaxşı bombardiridi (705 oyuna 290 qol).