AFFA azarkeşlərə müraciət etdi

9.06.2025 15:12 16
Ölkə futbolu
AFFA Azərbaycan – Macarıstan yoldaşlıq oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

"Football-plus.az"ın məlumatına görə, müraciətdə bildirilib ki, iyunun 10-u "Liv Bona Dea"da keçiriləcək oyuna azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə xüsusi nəqliyyat xidməti təşkil olunacaq.

Avtobuslar saat 18.00-dan 18.30-dək “Koroğlu” metrostansiyasının hava limanı istiqamətindəki çıxışından (piramida formalı çıxış) stadion istiqamətində fəaliyyət göstərəcək.

Nəqliyyatdan yalnız oyun bileti təqdim edən azarkeşlər istifadə edə biləcəklər. Oyunun başa çatmasının ardından avtobuslar azarkeşlərin “Koroğlu” metrostansiyasına geri daşınmasını təmin edəcək.

Qeyd edək ki, iyunun 10-da keçiriləcək Azərbaycan - Macarıstan matçı saat 20.00-da başlayacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul